Bioderma, Institut Esthederm ve Etat Purun rəsmi satış saytıdır.
+994512159406Şirkətimiz
NAOS şirkətlər qrupu 45 ildən çoxdur ki, dəri biologiyasının qorunmasına xidmət edir. Dərinin sağlamlığını qoruma yolunda olan yeniliklərimiz və dermatoloji innovasiyalarımız bizi bu sahədə mütəxəssisə çevirib.
"Ekosistem" və "Biologiya" sözlərini özündə təcəssüm etdirən bu pozitiv yanaşma dərimizin, insanların və planetimizin ekosistemlərinin bir biri ilə ayrılmaz bir şəkildə əlaqədə olması ideasına istinad edir. Bu prinsiplərin əsasında biz dərinin ətraf mühitə uyğunlaşması üçün dəstəkləyirik. Dərinin təbii fünksiyalarını bərpa etmək üçün onun öz resurslarından istifadə edirik.
"Ekosistem" və "Biologiya" sözlərini özündə təcəssüm etdirən bu pozitiv yanaşma dərimizin, insanların və planetimizin ekosistemlərinin bir biri ilə ayrılmaz bir şəkildə əlaqədə olması ideasına istinad edir. Bu prinsiplərin əsasında biz dərinin ətraf mühitə uyğunlaşması üçün dəstəkləyirik. Dərinin təbii fünksiyalarını bərpa etmək üçün onun öz resurslarından istifadə edirik.
NAOS şirkətlər qrupu EKOBİOLOJİ fəlsəfədən ilham alaraq 3 markanı yaradıb: BIODERMA, ETAT PUR VƏ INSTITUT ESTHEDERM. Hər 3 marka eyni hümanist yanaşmadan yola çıxaraq dərinin ekobiologiyasının keşiyində duraraq eyni insanı ehtiyacları bölüşürlər.
BIODERMA dermakosmetik sahədə öz sözünü deyərək önəmli yerə sahibdir. Hər dəri probleminə, xəstəliyinə uyğun olaraq körpədən böyüyə müalicəvi çarələr ilə dermatologiyanın keşiyindədir.
Etat Pur bütün dəri tipləri və problemləri, kişilər və qadınlar, yaşından və irqindən asılı olmayaraq hər kəs üçün individual qulluq vasitələri təqdim edir. Əsas missiyası dərinin ehtiyacı olan qədər qulluq ilə nə az nə də çox , yetərli miqdarda qulluq təmin etməkdir. Etat Pur tamamilə istifadəçi üçün təhlükəsiz və yüksək təsirlidir. Eyni zamanda tərkibində lazımsız və dəri uçün zərərli heç bir maddə yoxdur. PURE ACTIVE saf konsentrat qulluq vasitələri ilə xüsusilə fərqlənən ETAT PUR markası dərinin ehtiyacına uyğun saf molekullar ilə müalicəvi çarələr təqdim edir.
Institut Esthederm dərinin gəncliyini və gözəlliyini uzun müddət qorumaq üçün hüceyrədən etibarən qulluq vasitələri təqdim edir. Tərkibində HÜCEYRƏDAXİLİ SU ilə zənginləşdirilmiş məhsulların əsas missiyası hüceyrə ömrünü optimallaşdıraraq onun öz potensialını ortaya çıxarmaqdır. Eyni zamanda Professional qulluq seriyası ilə klinik qulluqda mütəxəssislər üçün geniş yelpazəli çoxetaplı dəri qulluğu vasitələri təmin edir. Gözəl yaş almaq üçün hüceyrə qulluğunu optimallaşdıran tərkiblər ilə estetikanın xidmətində durur.
Jean-Noel Torel - təsisçi və novator

“Mən qadınları gözəlləşdirmək üçün məhsullar hazırlamıram, çünki onlar onsuzda gözəldirlər”
"Etat Pur-u yaratmaqla, bütün dəri tiplərinə və rənglərinə sahib olan hər kəs üçün brend şüarı altında oyunu dəyişdirən bir brend təqdim etmək istədim. Etat Purun missiyası sadəcə olaraq hər şeyi fərqli etmək deyil, həm də daha yaxşısını etməkdir. Etat Pur tamamilə istifadəçi üçün təhlükəsiz və yüksək təsirlidir. Eyni zamanda tərkibində lazımsız və dəri uçün zərərli maddələr olmayan məhsullar deməkdir."
"Institut Esthederm dərinin gəncliyini qorumaq, ətraf mühitə və zamanla təkamülə hörmət etmək üçün yaradılmışdır. Başladığımız gündən biz dərinin təbii resurslarından ilhamlanaraq dərini "yenidən öyrədən", onun tarazlığını qoruyan və fərdi dəriyə qulluq formalaşdırırıq. Onun ətraf mühitə uyğunlaşmasına kömək edirik”.
"Dərini həddindən artıq müalicə etməyə çalışmaq əvəzinə, onun təbii mexanizmini qoruyaraq düzgün işləməyi öyrətmək lazımdır”.
Səhiyyə mütəxəssisləri ilə 45 illik iş təcrübəsi
Dəriyə dərin hörmət
Effektivlik və təhlükəsizlik tibbi nəzarət altında sınaqdan keçirilmişdir
İstehsal yeri Aix-en-Provence